Vladimir Lenin
Həyati
Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun – İlya Nikolayeviç Ulyanovun (1831-1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir – , rus, alman, yəhudi, isveç.
Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasiliy Ulyanov qalmışdır. Qardaşı ona kifayət qədər təhsil verə bilmişdi ki, o, gedib Kazan Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul olunmuşdur. 1869-cu ildən Simbir quberniyasında xalq məktəbinin inspektor və direktoru işləmişdir. III dərəcəli müqəddəs Vladimir medalı ilə təltif olunduqdan sonra Lenin atası 1882-ci ildə irsi dvoryanlıq hüququ qazanmışdır.
Leninin ikinci (ana tərfdən) babası Aleksandr Dmitriyeviç Blank (xristianlığı qəbul etməmişdən əvvəl İzrail Moyşeviç Blank) hərbi həkim olmuşdur. Daha sonra Kazan dvoryanlığını qəbul etmişdir. Tezliklə Kazan quberniyasında Kokuşkino mülkünə sahib olmuşdur. Leninin anası Mariya Aleksandrovna və onun dörd bacısı çox erkən analarını itirmişlər, onları xalaları tərbiyə etmiş, musiqi və xarici dilləri onlara tədris etmişdir.
Gəncliyi. İnqilabi fəaliyyətinə başlaması 1879-1887-ci illərdə təhsil aldığı Simbir gimnaziyasını qızıl medalla qurtarmışdır. Daha sonra Kazan Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur. Tələbə hərəkatlarında iştirak etdiyi üçün Universitetdən xaric olunmuşdur.
Onun böyük qardaşı 1887-ci ildə III Aleksandra qarşı "narodovolçuluq"da ittiham olunub edam edildi. Bəzi tarixçilərin yazılarına əsasən Lenin məhz bu hadisədən sonra tarixi-sirli frazasını işlətdi – "Başqa cür hərəkət etmək lazımdır!".
1888-ci ilin payızında Leninə KazanaK.Marksın, F.Engelsin və Q.V.Plexanovun əsərləri müzakirə olunurdu. Marksın və Engelsin əsərləri Leninin dünya görüşünün formalaşmasında mühüm rol oynamışdır – O, inamlı marksistə çevrilir.
qayıtmağa icazə verildi. Burada o, N.E.Fedosyev tərəfindən təşkil olunmuş marksist dərnəklərin birinə üzv oldu. Burada
1889-cu idə Lenin Sankt-Peterburq Universitetində imtahanlardan keçir. Buranı qurtardıqda sonra proletarların hüquqlarını müdafiə edən vəkil kimi fəaliyyət göstərmişdir.
İsveçrədə Q.V.Plexanovla, Almaniyada V.Libeknextlə, Fransada P.Lafarqom və başqa beynəlxalq fəhlə hərəkatının nümayəndələri ilə görüşmüşdü.
1895-ci ildə paytaxta qayıdıb Y.O.Çederbaumun rəhbərliyi ilə "İşçi Sinifin Azadlığı Uğrunuda Mübarizə İttifaqı" adlı cəmiyyət formalaşdırırlar. "Mübarizə İttifaqı" fəhlələr arasında aktiv təşviqat işləri ilə məşğul idilər. Onlar tərəfindən 70 vərəq buraxılmışdır.
1895-ci ilin dekabrında Lenin tutulur və Yenisen quberniyasının Şuşenskoe kəndinə 3-il müdətinə sürgün olunur. Burada 1898-ci ilin iyulunda Lenin N.K.Krupskaya ilə evlənir, türmədə olduğu müddətdə yazdığı materiallar əsasında "Rusiyada Kapitalizmin inkişafı" adlı kitab yazır, bir neçə məqaləni tərcümə edir və onlar üzərində işləyir. Sürgündə olduğu müddətdə o 30-dan artıq iş yazmışdır.
Yorumlar
Yorum Gönder