İsaak Nyuton
Həyati
İsaak Nyuton Yuli təqviminə görə 25 dekabr 1642-ci il tarixində Likolnşir qraflığında, Qrentem şəhəri yaxınlığında yerləşən Vulstrop (ing. Woolshrope) adlı kiçik bir kənddə xırda fermer ailəsində doğulmuşdur. Onun atası İsaak Nyuton (1606—1642) doğulmasına 3 ay qalmış vəfat etmişdir. Körpə vaxtından qabaq doğulduğundan həddən artıq zəif olub. Çoxları onun yaşayacağına inanmırdı. Əfsanəyə görə, onu qoyun dərisindən tikilmiş əlcəyə qoyublar, o, bir dəfə yerə düşüb və başı əzilib. O, uzun müddət xaç suyuna salınmamışdır. Nəhayət, bir müddət keçəndən sonra 1 yanvar tarixində xaç suyuna salınmış və körpənin adını atası İsaakın şərəfinə adlandrılmışdır.


elmi Yaradiciliği
Kembricdə oxuduğu ilk 6 il ərzində İsaak bütün kollec dərəcələrini keçib. Onun bütün gələcək kəşfləri bu illərdə hazırlanıb. 1665-ci ildə İsaak incəsənət magistri olub.[2] İsaak Nyuton bu illərdə indiki dispersiya hadisəsi üzrə ilk təcrübələrini aparıb. Bu təcrübələr (mindən artıq) klassik eksperimentlər hesab olunur və bu gün də məktəb və institutlarda təkrar olunur. Bütün tədqiqatların əsasında işığın fiziki təbiətini anlamaq səyləri dururdu.
1668-ci ildə Nyuton Kembricə qayıdıb və tezliklə Lukask riyaziyyat kafedrasına rəhbərlik ona həvalə olunub. Ona qədər bu kafedraya müəllimi İsaak Barrou rəhbərlik edib. Barrou sevimli tələbəsini maddi cəhətdən təmin etmək üçün kafedranı ona güzəştə gedib. Nyuton artıq diferensial və inteqral hesablamanın müəllifi idi. Bu dövr alimin həyatında ən məhsuldar illərindən biridir. 1660-1667-ci illərdə onun əsas ideyaları, eləcə də ümumdünya cazibə qanunu öz təsdiqini tapıb. Yalnız nəzəri tədqiqatlarla kifayətlənməyən Nyuton bu illərdə teleskop-reflektor (əksetdirici) icad edib. O öz teleskopunu təkmilləşdirərək ikinci belə bir cihaz hazırlayır. Bu cihaz onun London Kral Cəmiyyətinin üzvü seçilməsinə əsas verir. Lakin Nyuton çoxlarının yalnız arzu edə biləcəyi bu imkandan imtina edir, bunu üzvlük haqqını ödəyə bilməsi üçün maddi imkanlarının olmaması ilə izah edir. Lakin Nyutonun elmi xidmətlərini nəzərə alan cəmiyyət onu üzvlük haqqından azad edərək istisna hal kimi dahi alimi öz sıralarına qəbul edir.
Onun ilk elmi işləri işıq şüalarının tədqiqi ilə bağlı idi. Çoxillik işlər nəticəsində Nyuton müəyyən etmişdi ki, ağ Günəş şüası çoxsaylı rənglərin qarışığından ibarətdir. Alim sübut etmişdi ki, prizmanın köməyi ilə ağ rəngi onun tərkib hissələrinə ayırmaq olar. Nazik lövhələrdə işığın sınma hadisəsini öyrənərkən alim elmdə "Nyuton həlqəsi" adlandırılan difraksiyanı müşahidə edib. Bu kəşfin əhəmiyyəti tam dolğunluğu ilə yalnız XIX əsrin ikinci yarısında dərk olunub.
1666-cı ildə Kembricdə taun epidemiyası başlayıb. Və Nyuton doğulduğu Vulstorp kəndinə köçüb. Burada sakit kənd həyatına başlayan 24 yaşlı alim əli altında heç bir kitab, heç bir cihaz olmadan, az qala tərkidünyalıq həyatı yaşayaraq dərin fəlsəfi fikirlərə qərq olub. Bu fikirlərin bəhrəsi ümumdünya cazibə qanununu kəşf etməsi oldu. Akademik V. Vernadski Nyutona həsr olunmuş kitabında yazır: "Bir yay günü idi. Nyuton bağda açıq havada oturaraq düşünməyi çox sevirdi. Rəvayətə görə, yetişmiş almanın yerə düşməsi Nyutonun düşüncələrinə son qoyub. Məşhur alma ağacı nəsildən nəslə qorunub, sonralar quruyub, kəsilərək oturacaq kimi tarixi abidəyə çevrilib. Nyuton çoxdan idi ki, cismlərin düşməsi barədə düşünürdü və mümkündür ki, almanın yerə düşməsi onu bir daha düşüncələrinə sövq etmişdi. Sonralar Nyuton yazırdı ki, ümumdünya cazibə qanunu formulunu Keplerin məşhur qanunlarının öyrənilməsi nəticəsində əldə edib". Məşhur rus pedaqoqu K.Uşinski bu hadisədə dərin məna olduğunu yazırdı: "Nyuton kimi dahi lazım idi ki, almanın birdən yerə düşməsinə təəccüblənəsən".
1667-ci ildə Nyuton, universitet təkrar açıldığı səbəbindən Kembricə geri dönür və iki il sonra riyaziyyat üzrə professoru vəzifəsinə sahib olur. Nyuton təxminən 30 il Kembricdə qalır və məktublar yoluyla digər elmi işçilərlə çalışaraq tək başına işlərinə davam edir. Bu dövr ərzində birgə çalışaraq ən böyük əsəri olan Natural fəlsəfənin riyazi başlanğıcı əsərini hazırlamış və əsərin bitməsi 1682-ci ildə başa çatmışdır. «Natural fəlsəfənin riyazi başlanğıcı» əsərinin düsturlarından istifadə edərək parlaq bir kometin orbitini hesabladı və onun 1759-cu ildə qayıdacağını qabaqcadan xəbər verdi. Kometa deyilən vaxtda qayıdır və bu kometa Halleyin şərəfinə adlandırılır. Fransız şairi Volter kometin qayıtmasına öz münasibətini coşqun şeirlərlə bildirir. İşıq ilə əlaqədar fermada etdiyi təcrübələr nəticəsində, lupalı teleskopların qüsurlar yaratdığını fərq edir və 1668-ci ildə yeni teleskop hazırlayır. Bu teleskopun icadı sayəsində 1672-ci ildə London Kral Cəmiyyətinə üzvü olur.
Nyutonun xəstəliyi
1689-cu ildə anası yatalaq xəstəliyindən vəfat edib. Son günlərində gecə-gündüz anasının yanında olan alim özü ona dərman verib, müxtəlif dərmanlar hazırlayıb, anasına hər hansı xəstə baxıcısından daha yaxşı qulluq etmişdir. Lakin anasının həyatını xilas etmək mümkün olmayıb və bu itki böyük alimi dərindən sarsıtmışdı. Ola bilsin ki, bu faciə onun sonradan əsəb xəstəliyi keçirməsinə səbəb olmuşdur.
Daimi əsəbi və zehni gərginlik onunla nəticələndi ki, 1692-ci ildə Nyuton yatağa düşdü. Onun bu vəziyyətə düşməsinə baş vermiş yanğın nəticəsində bütün əlyazmalarının məhv olması da səbəb ola bilərdi. Hər zaman maddi çətinlik hissi şübhəsiz ki, onun xəstəliyinin digər səbəblərindən biri idi. Buna görə də İsaak Nyuton Kembricdə professor vəzifəsində işləməklə yanaşı, həm də zərbxanada nəzarətçi kimi işləməli olub. İşə xüsusi məsuliyyətlə başlayan İsaak tezliklə nəzərəçarpan uğurları sayəsində direktor təyin edilir. Lakin zərbxananın direktoru vəzifəsini müəllimlik fəaliyyəti ilə yanaşı davam etdirmək tamamilə mümkünsüz idi. 1701-ci ildə Nyuton Londona köçüb. O vaxta qədər isə elmin zirvəsini fəth etmişdi. 1705-ci ildə ona əsilzadə titulu verilir. Böyük mənzili, 6 nökəri, fayton-arabaya malik olmasına baxmayaraq, İsaak yenə də tənha idi. Elm sahəsində fəal axtarışlar dövrü artıq arxada qalmışdı. İsaak Nyuton indi yalnız "Optika" və "Başlanğıc" kitablarının yenidən nəşri ilə kifayətlənməli oldu.
Dahi fizik 20 mart 1727-ci il (və ya 31 mart 1727-ci il) tarixində Londonda vəfat etmişdir. O, İngiltərənin görkəmli şəxsiyyətlərinin dəfn olunduğu Vesminster abbatlığında torpağa tapşırılıb. Onun dəfn günü ölkədə milli matəm elan olunub. Nyutonun elmi yaradıcılığı fizikanın inkişaf tarixində müstəsna rol oynayıb. Eynşteyn onun haqqında demişdi: "Nyuton ilk dəfə təbiətdə gedən prosesləri yüksək dərəcədə dəqiqlik və bütün təfərrüatları ilə müəyyən edən elementar qanunları kəşf etməyə cəhd etmiş alimdir". Beynəlxalq Vahidlər Sistemində qüvvə vahidi onun şərəfinə nyuton adlandırılmışdır.
Nuytonun həyatı ilə bağlı maraqlı hekayətlər
- Nyutonun parlamentdə söylədiyi ən böyük «nitq» belə səslənirdi:pəncərəni bağlayın, - deyə xidmətçiyə müraciət etmişdi.
- Bir gün öz dostunu nahara dəvət edən Nyutonun işi çox olduğundan bu barədə xidmətçiyə xəbər verməyi unudur. Nahar vaxtı xidmətçi yemək stoluna ancaq bir adamlıq yemək qoyur. Qonaq gəlir, Nyutonun düsturlarla, mürəkkəb hesablamalarla məşğul olduğunu görüb, stolun üstündəki bir nəfərlik yeməyi yeyir və gedir. Bir müddət keçəndən sonra qonağın necə gəlib-getdiyini duymayan Nyuton bir anlığa sevimli işindən ayrılıb stolun üstündəki boş qablara baxaraq öz-özünə deyir: «Qəribə işdir, əgər stolun üstündəki bulaşıq qabları görməsəydim, hesab edərdim ki, mən bu gün nahar etməmişəm».
- Nyuton bir dəfə soyutma yumurta bişirmək istəyir və yumurtanı suya atıb, zəngli saatı da qurur ki, müəyyən vaxtdan sonra zəng çalıb yadına salsın. Lazımı vaxtdan sonra zəng çalır. Nyuton gedir ki, yumurtanı qaynayan sudan çıxarsın. Lakin suya baxanda görür ki, suda yumurta əvəzində zəngli saatı var.
- "Nyutonun pişikləri" lətifəsi: Nyuton iş otağında işi ilə məşğul olduğu vaxtlardan birində, görür ki, bayır tərəfdən kiçik pişik qapını cırmaqlayır ki, içəriyə keçsin. Nyuton qapını açıb onu içəri buraxır. Bir qədərdən sonra indi də iti içəriyə keçmək üçün qapını döyəcləyir. Nyuton onu da içəri buraxır. Bir azdan indi də hər ikisi qapını cırmaqlayırlar ki, bayıra çıxsınlar. Nyuton əsəbiləşib ayağa qalxır, mişarı götürüb qapıdan bir böyük və bir də kiçik deşik açır və üzünü it ilə pişiyə tutub başa salır ki; «Bax bu sənin üçündür, bu da sənin üçün. İndi özünüz girin-çıxın, daha mənim əsəblərimi oynatmayın». Elə bir böyük deşiyi açmaq onun ağlına gəlmir.
Yorumlar
Yorum Gönder